Şura Macaristanda konfrans keçirib- - Fotolar

sura-macaristanda-konfrans-kecirib-
Oxunma sayı: 1371


“Qafqazinfo” xəbər verir ki, toplantını açıq elan edən Fondun proqram koordinatoru Bəlent Yaşa ilk çıxış üçün sözü Azərbaycan Respublikasının Macarıstandakı fövqaladə və səlahiyyətli səfiri Vilayət Quliyevə verib. Azərbaycan və Macarıstan dövlətlərinin iqtisadi, siyasi və mədəni sferada münasibətlərinin yalnız müsbət tarixə malik olduğunu bildirən səfir iki ölkə arasında əməkdaşlıq sahələrinin get-gedə artdığını vurğulayıb. 

Uşaq Hüquqları üzrə QHT Koalisiyasının sədri Nazir Quliyev Azərbaycan dövlətinin insan hüquq və azadlıqlarının təminatı işinə hər zaman böyük önəm verdiyini bildirərək 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul olunmuş Konstitusiyamızın 158 maddəsindən 50-yə qədərinin məhz bu sahəylə bağlı olduğunu qeyd edib. İnsan hüquqlarının qorunmasında Ombudsman təsisatının mühüm rola malik olduğunu bildirən QHT sədri ölkəmizin qoşulduğu beynəlxalq konvensiyaların tələblərinə hər zaman əməl etdiyini deyib. Azərbaycan prezidentinin fərmanı ilə qəbul edilmiş ”İnsan hüquqlarının təminatı üzrə Milli Fəaliyyət Proqramı”nda bütün sahələrin əhatə olunduğunu bildirən N.Quliev sənədin icrasının mütəşəkilliklə həyata keçirildiyini vurğulayıb. QHT sədri

Ermənistanın Azərbaycan torpaqlarını işğalı nəticəsində doğma evlərindən köçkün düşən 1 milyondan artıq azərbaycanlının pozulmuş hüquqlarının bərpası üçün macar həmkarlarından dəstək istəyib.

“Demokratik İslahatçı Gənclər” İB-nin sədri Vüsalə Hüseynli Azərbaycanda qadınların hüquq və azadlıqlarının təminatı məsələsinin ölkənin ali qanununda təsbitini tapdığını bildirib. QHT sədri Azərbaycanın 1995-ci ildə Qadınlara qarşı ayrıseçkliyin bütün formalarının ləğvi ilə bağlı Konvensiyaya qoşulduğunu deyərək bilavasitə qadınlarla işləyən dövlət komitəsinin artıq 15 ildən artıq müddətdə fəaliyyət göstərdiyini qeyd edib.

Macarıstan Ombudsmanını müavini Csikos Tmia fundamental hüquq və azadlıqların qorunmasında ombudsmanın rolundan bəhs edərək qanunvericiliyin qorunması istiqamətində onun üzərinə düşən vəzifələr və parlament qarşısında hesabatlıq məsələri haqqında məruzə edib.

Şura nümayəndəsi Azərbaycanın maliyyə dəstəyi ilə hazırda 14 Avropa ölkənin 30 QHT-si tərəfindən layihələrin icra edildiyini bildirib. Şuranın bir qədər öncə xarici QHT-lər üçün ikinci qrant müsabiqəsinin elan olunduğunu bildirən F. Qurbanov artıq bu dövlətlərin sırasına Yaponiya, Kanadanında daxil edildiyini söyləyib. Azərbaycanın tolerant, özünəməxsus milli dəyərləri olan ölkə olduğunu söyləyən nümayəndə heyətinin rəhbəri yeganə önəmli problemin Ermənistanın Azərbaycan toraqlarını işğal etməsindən doğan məsələlər olduğunu qeyd edib.

F.Qurbanov Şuranın Macarıstan və digər Avropa dövlətlərinin vətəndaş cəmiyyəti ilə mədəni, humanitar münasibətlərin qurulmasında və inkişaf etdirilməsində maraqlı olduğunu bildirib. Bu günkü toplantının Azərbaycan QHT-lərinin macar həmkarları ilə təcrübə mübadiləsinə həsr olunduğunu deyən F. Qurbanov gördüklərindən məmnun olduğunu vurğulayıb.