“Qafqazinfo” xəbər verir ki, toplantıda xarici QHT-lərdən Şuraya daxil olan layihələr, Şuranın 2014-cü il fəaliyyət planı, QHT-lərin fəaliyyətinə aid olan qanunvericilik aktlarında edilən dəyişikliklərlə bağlı maarifləndirmə və məlumatlandırma tədbirlərinin həyata keçirilməsi və Şuranın maliyyələşdirdiyi xarici QHT-lərin layihələrinin monitorinqinin təşkili geniş müzakirə edilib.
Şura Katibliyinin icraçı direktoru F.Qurbanov Şuranın elektron məlumat bazasına QHT-lər tərəfindən 484 daxilolmanın qeydə alındığını, onlardan 83-nün təqdim etdiyi sənədlərdə çatışmamazlıqlar aşkarlandığından seleksiyadan keçmədiyini qeyd edib. Elektron bazada müxtəlif QHT-lərdən 61 təkrar daxilolma faktı da qeydə alınıb. 340 təşkilatın layihəsi isə qiymətləndirilmə üçün ekspertizaya göndərilib. Ekspertiza mərhələsində hər layihə iki müstəqil mütəxəssis tərəfindən qiymətləndirilib.
Şura əvvəlki iclaslarda dəstəklənməsi qərara alınmış layihələr barədə büdcə komissiyasının təqdimatlarını, ekspert qiymətləndirməsini və təşkilatlar haqqında Katibliyin arayışlarını nəzərə alaraq, 217 QHT layihəsinin maliyyələşdirilməsi haqda yekun qərar qəbul edib. Siyahı Şuranın www.qhtxeber.az və www.cssn.gov.az saytlarında yerləşdiriləcək.
İclasda apelyasiya komissiyasının yeni tərkibi müəyyən edilərək ərizələrə baxılması proseduru nəzərdən keçirilib. Apelyasiya komissiyasında ərizələr 15 fevral 2014-cü il saat 17.00-dək qəbul ediləcək.
Toplantının sonunda Əlil Təşkilatları İttifaqının əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya olunmasında göstərdiyi xidmətlərə görə Şura sədri Azay Quliyevə əlilliyi olan şəxslərin Dostu mükafatı təqdim edilib.
Son xəbərlər
Son Xəbərlər