Şura sədri Ankaraya səfərə gedir

sura-sedri-ankaraya-sefere-gedir
Oxunma sayı: 744


“Qafqazinfo” xəbər verir ki, səfərin məqsədi Şuranın xarici QHT-lərin layihələrinin maliyələşdirilməsi çərçivəsində dəstək verdiyi “Avrasiya Sivil Toplum Əməkdaşlıq Dərnəyi” və “Avrasiya İqtisadi Əməkdaşlıq Dərnəyi”nin birgə təşkilatçılığı ilə keçiriləcək “Qarabağ problemi: Hardan haraya” adlı konfransda iştirak etməkdir.

Şura sədri Azay Quliyev konfransda mövzu haqqında məruzə ilə çıxış edərək Qarabağ problemi ilə bağlı ətraflı məlumat verəcək.

Toplantıda Türkiyəli millət vəkilləri, dövlət orqanlarının və diplomatik korpusun nümayəndələri və müxtəlif nüfuzlu ali məktəblərin professorlarının mövzu ətrafında məruzələri dinləniləcək.