Suraxanı İcra Hakimiyyətində tədbir keçirilib - Foto

Suraxanı İcra Hakimiyyətində tədbir keçirilib
Oxunma sayı: 1717

Suraxanı Rayon İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri, Suraxanı rayon İdarəsinin birgə təşkilatçılığı ilə Xidmətin yaranmasının 8-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Suraxanı Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyələrin sədrləri, Xidmətin rayon İdarəsinin əməkdaşları əvvəlcə Ümummilli Liderin Heydər Əliyev parkında abidəsini ziyarət edib, Suraxanı Rayonu Heydər Əliyev Mərkəzi ilə tanış olublar.

Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Xidmətin əməkdaşlarını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 8-ci ildönümü münasibəti ilə təbrik edərək bildirib ki, Xidmət öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir: 

“Qəhrəman oğullarımızın hamısının Milli ordumuza yolu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən başlayıb. Təntənəli şəkildə çağırışçıların həqiqi hərbi xidmətə yola salınmasına və həqiqi hərbi xidmətdən tərxis olunanların qarşılanmasına həsr olunmuş tədbirlərin keçirilməsi rayonda ənənə şəklini alıb”.

Tədbirdə Xidmətin rayon İdarəsinin bir qrup əməkdaşı qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə və gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsində fəal iştirakına görə rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilib.

Tədbirdə rayon Məhkəməsinin sədri Kəramət Əliyev çıxış edərək Xidmətin əməkdaşlarını təbrik edib. Xidmətin Suraxanı rayon İdarəsinin rəsi Qəşəm Mahmudov göstərilən diqqətə görə təşəkkür edib. Fərqlənən gənclərin çağırışa hazırlıq müəllimlərinə Fəxri Fərman və müsabiqə qalibi olmuş şagirdlərə qiymətli hədiyyə təqdim olunub. 






Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi