Suraxanı rayonunda abadlıq-quruculuq sahəsində kompleks tədbirlər davam etdirilir.
Rayonda qəsəbələrarası yolların və məhəllədaxili küçələrin əsaslı şəkildə təmiri, eləcə də küçələrin işıqlandırılması həyata keçirilən sosial–iqtisadi siyasətin əsas istiqamətlərindəndir və sakinlərin yaşam şəraitinin yaxşılaşdırılmasına yönəlib.
Bu sahədə aparılan tədbirlərin davamı olaraq 2021-ci ildə də rayon ərazisindəki küçələrdə yeni işıqlandırma sistemlərinin qurulması işləri uğurla davam etdirilib, ilin əvvəlindən indiyə kimi qəsəbədaxili küçələrin işıqlandırılması üçün müxtəlif ölçülü elektrik xətləri çəkilib və müasir standartlara cavab verən xeyli sayda yeni işıq dirəkləri quraşdırılıb.
Aparılan abadlıq işləri nəticəsində Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsinin döngələrində uzun illərdir qaranlığa qərq olan döngələrdə işıqlandırma sistemi qurulub, sözügedən döngələr işıqlandırılıb, gecə saatlarında sakinlərin rahat və təhlükəsiz hərəkəti təmin edilib.




Son xəbərlər
Son Xəbərlər