Azərbaycanda koronavirus (COVİD – 19) pandemiyasına qarşı mübarizə tədbirləri davam etdirilməklə yanaşı, cəmiyyətdə sosial dayanıqlığın artırılması üçün sosial layihələr həyata keçirilir, məşğulluğun təmin edilməsi məqsədilə konkret işlər görülür.
“Qafqazinfo” xəbər verir ki, Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən koronavirus pandemiyası (COVİD – 19) dövründə işsiz şəxslərin müvəqqəti məşğulluğunun təmin edilməsi məqsədilə Suraxanı rayonunda da sakinlərin ödənişli ictimai işlərə cəlb olunması tədbirləri uğurla davam etdirilir.
Bu məqsədlə Suraxanı rayonunda 643 nəfər şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İŞ Mərkəzi vasitəsilə aprel-may ayları üzrə yaradılan ödənişli ictimai iş yerlərinə cəlb olunmuş və hazırda onlar rayon ərazisində binalarda, küçələrdə, parklarda dezinfeksiya işlərinin aparılması, tənha yaşlılara və əlilliyi olan şəxslərə sosial xidmətlərin göstərilməsi, abadlıq və yaşıllaşdırma işlərini həyata keçirirlər.
Rayonda çoxmənzilli yaşayış binalarında gündəlik dezinfeksiya işləri aparılaraq, parklar, küçə və yollar xüsusi dezinfeksiyaedici maddələrlə yuyulur, həmçinin aparılan abadlıq işləri çərçivəsində bütün qəsəbələrin ərazisi yabanı və quru alaq otlardan təmizlənir.




Son xəbərlər
Son Xəbərlər