Suraxanı rayonunda növbəti qanvermə aksiyası keçirilib- Fotolar

suraxani-rayonunda-novbeti-qanverme-aksiyasi-kecirilib-fotolar
Oxunma sayı: 1274

Bu gun Suraxanı rayonunda 105 nəfərin iştirakı ilə qanvermə aksiyası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, keçirilən aksiyada Suraxanı Rayon İcra Hakimiyyəti başçısı aparatının, onun struktur bölmələrinin, rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları iştirak edib. Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları hər bir donordan qan analizi götürərək onların sağlamlığını öncədən müəyyənləşdirmişdir. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq. Məqsəd hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən insanlara, xüsusən də uşaqlara yardım etmək və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaqdır.

Qanvermə aksiyası zamanı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş bütün sosial izolasiya qaydalarına riayət edilib.

Vətəndaşlarımızı qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün bu nəcib və humanist xarakterli aksiyaya qoşulmağa dəvət edir, qan verərək həyat qurtaran hər kəsə minnətdarlığımızı bildiririk.