Suraxanı RİH-də videokonfrans keçirilib - Fotolar

suraxani-rih-de-videokonfrans-kecirilib
Oxunma sayı: 2103

Xəbər verdiyimiz kimi, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahının 01 May 2020-ci il tarixli qərarı ilə xüsusi karantin rejiminin müddəti 31 may 2020-ci il saat 00:00-dək uzadılıb. Eyni zamanda əhali arasında virusa yoluxma sürəti, xəstələrin sağalma dinamikası nəzərə alınaraq, tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılmasına dair qərar verilib.

“Qafqazinfo”nun məlumatına görə,  məsələ ilə əlaqədar 02.05.2020-ci il tarixdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov RİHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələri ilə videokonfrans keçirərək qərar ilə bağlı əhali arasında sosial izolyasiya və şəxsi gigiyena tədbirlərinə riayət olunması barədə maarifləndirmə, eləcə də rayon ərazisində dezinfeksiya işlərinin davam etdirilməsinə dair müvafiq tapşırıqlarını vermişdir.