Suraxanı RİH-dən sosial şəbəkədə yayılan məlumatla bağlı - Açıqlama+Video

Suraxanı RİH-dən sosial şəbəkədə yayılan məlumatla bağlı
Oxunma sayı: 3278

Suraxanı Rayon İcra Hakimiyyətinin məlumatı sosial şəbəkələrdə Suraxanı Rayon İcra strukturları və Bələdiyyə əməkdaşlarının Qaraçuxur qəsəbəsindəki özəl obyektdən dezinfeksiya xidməti göstərdiyinə görə pul tələb etməsi barədə yayılan məlumatla bağlı açıqlama yayıb.

RİH-dən “Qafqazinfo”ya daxil olan açıqlamada deyilir:

“Bildiririk ki, rayon icra hakimiyyəti strukturları özəl obyektlərdə dezinfeksiya fəliyyəti ilə məşğul deyil. Bu gün Bakı şəhərində bir çox özəl və ya təsərrüfat hesablı müəssisələr var ki, onlar dezinfeksiya sahəsində pullu xidmət göstərirlər və bu yalnız özəl obyektləri əhatə edir. Qeyd edilən fakt tərəfimizdən araşdırılmış və məlum olmuşdur ki, insident baş verən ərazidə Əsasnaməsinə uyğun olaraq pullu xidmətlər göstərən Aqrar Xidmətlər Agentliyinin Baytarlıq İdarəsinin Suraxanı rayon sahəsinin əməkdaşları olmuşlar. Bildiririk ki, rayon icra hakimiyyəti strukturları dövlətin balansında olan binaların, onların giriş bloklarının, liftlərin, həyətlərin, park və küçələrin dezinfeksiyası ilə məşquldur və bunun müqabilində heç bir ödəniş tələb edilə bilməz".


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi