Suraxanı RİH-dən sosial şəbəkələrdə yayılan video ilə bağlı - Açıqlama

Suraxanı RİH-dən sosial şəbəkələrdə yayılan video ilə bağlı
Oxunma sayı: 3363

Suraxanı Rayon İcra Hakimiyyəti sosial şəbəkələrdə yaşlı insanların təmizlik işlərinə cəlb olunması barədə yayılan video görüntü ilə bağlı açıqlama yayıb.

RİH-dən "Qafqazinfo"ya daxil olan açıqlamada deyilir:

“Bildiririk ki, rayonda sanitar təmizlik məsələsinə həmişə xüsusi diqqət yetirilir. Xususi ilə son günlərdə Koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə ilə bağlı sanitar-gigyenik vəziyyətə, təmizliyə ciddi nəzarət edilir, rayon ərazisində ixtisaslaşdırılmış texnikalardan istifadə olunaraq su şırnaqları ilə küçə və məhəllədaxili yollar yuyularaq dezinfeksiya edilir. Çoxmənzilli yaşayış binalarının girişlərində, liftlərdə, pilləkan qəfəslərində və onların həyətlərində, qeyri-yaşayış obyektlərində, parklarda, istirahət yerlərində dezinfeksiya işləri aparılır.

Rayon Mənzil-Kommunal Təssərrüfatı Birliyindən verilən məlumata görə video çarxda görüntülənən 105 saylı MKİS-in dalandarları Sadıqova Roza 27.10.1958-ci il, Nəsibov Osman Nəriman oğlu 02.02.1959-cu il, Səmədova Rita Həmidovna isə 30.12.1957-ci il də anadan olmuşlar. Göründüyü kimi onların heç birinin 65 yaşı yoxdur və öz vəzifələrini yerinə yetirərərək xidmət etdikləri ərazini təmizləyirlər. Məlumat üçün bildiririk ki, Suraxanı Rayon Mənzil-Kommunal Təssərrüfatı Birliyinin 65 və ondan yuxarı yaşı olan 52 nəfər əməkdaşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında yaradılmış qərargahın qəbul etdiyi qərara uyğun olaraq növbədənkənar ödənişli məzuniyyətə göndərilib.

Yanlış məlumat yayan şəxslər hüquq-müfafizə orqanları tərəfindən saxlanılmış və inzibati xətalar məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq inzibati qaydada məsuliyyətə cəlb olunublar”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi