Suraxanı rayonunda Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 52-ci ildönümü münasibətilə Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsində Ulu öndərin siyasi hakimiyyətə gəlişini əks etdirən Xatirə kompleksi ziyarət olunub və abidə önünə gül dəstələri düzülüb.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Hacıyev, müavinlər Fuad Cəbrayılov, Könül Axundova, RİHBA-nın şöbə müdirləri, Yeni Suraxanı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri və sakinlər iştirak edib.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Hacıyev çıxış edərək bildirib ki, Ümummilli lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə gəlişi hər bir azərbaycanlı üçün qürur tarixidir: “1969-1982-ci illərdə Azərbaycan Sovet Sosialist Respublikasına, 1993-cü ilin iyunundan 2003-cü ilin oktyabrınadək Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etmiş Ulu Öndər istər Sovetlər Birliyi, istərsə də Müstəqil Azərbaycan Respublikası dövründə Vətəninə, xalqına sədaqətlə, ləyaqətlə xidmət edib. Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin qurub yaratdıqlarından bu gün də bəhrələnir və bundan sonra da çox-çox illər bəhrələnəcək”.





Son xəbərlər
Son Xəbərlər