Suraxanıda abadlıq-quruculuq işləri davam etdirilir - Foto

suraxanida-abadliq-quruculuq-isleri-davam-etdirilir
Oxunma sayı: 1794

Suraxanı rayonu ərazisində böyük vüsətlə aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri xüsusi karantin günlərində də davam etdirilir.

“Qafqazinfo” xəbər verir ki, son 8 ayda Suraxanı rayonunda təmir-tikinti işləri, o cümlədən yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində mühüm layihələr həyata keçirilir. Rayon ərazisində yolların yenidən qurulması ilə vətəndaşların rahat gediş-gəlişini təmin etmək üçün hazırda Suraxanı rayonu, Hövsan qəsəbəsində, Binə Südçülük sovxozu adlandırılan yaşayış sahəsindən Məscidə gedən 1 970 metr uzunuğunda (11 820 kv.metr) yolda asfaltlanma işləri aparılır.

Həmçinin, rayon ərazisində içməli su təchizatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə su xətlərinin çəkilişi də davam etdirilir. Hazırda Bülbülə qəsəbəsi, Samir Əliyev və 3-cü Mədən küçələrində yeni su xəttinin çəkilişi işləri aparılır.

Qeyd edək ki, rayonun bütün qəsəbələrində ehtiyacı olan küçələrdə və məhəllədaxili yollarda asfaltlanma işləri, eləcə də yeni su və kanalizasiya xətlərinin çəkilişi mərhələli şəkildə davam etdirilir.