Suraxanı rayonu ərazisində koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması ilə bağlı təxirəsalınmaz profilaktik tədbirlər həyata keçirilir.
"Qafqazinfo"nun məlumatına görə, rayon ərazisində mərkəzi və məhəllədaxili yollarda, parklarda, uşaq əyləncə və idman meydançalarında, söhbətgahlarda, veteranlar guşələrində, binalarının həyətlərində, giriş bloklarında, lift kabinlərində, məişət tullantı konteynerləri meydançalarında, avtobus dayanacaqlarında aparılan dezinfeksiya işləri mütəmadi xarakter daşıyır və sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır.
İcra Hakimiyyəti virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq, bir daha vətəndaşlarımıza diqqətli olmağı, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməyi, əhalinin sağlamlığının etibarlı qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarları və müəyyənləşdirdiyi qaydaları tam yerinə yetirməyi, yoluxma riskini azaltmaq üçün mümkün qədər evdə qalmağı, xüsusi ehtiyac olmadıqda evləri tərk etməkdən çəkinməyi tövsiyə edir.




Son xəbərlər
Son Xəbərlər