Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində Suraxanı rayonunda da vaksinasiya davam etdirilir.
“Qafqazinfo” xəbər verir ki, bu məqsədlə sakinlərə peyvəndlərin vurulması üçün rayon ərazisində ayrılmış 7 məntəqədə zəruri şərait yaradılıb.
Hazırda 65 yaşdan yuxarı rayon sakinləri randevu.its.gov.az saytında qeydiyyatdan keçməklə yaşadıqları ərazi üzrə müvafiq poliklinikalarda COVID-19-a qarşı peyvənd olunurlar.




Son xəbərlər
Son Xəbərlər