Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə Bakı Abadlıq Xidmətinin və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə hazırda Suraxanı rayonu, Əmircan qəsəbəsində Tofiq Bayram, Xanoğlan Bayramov, Əmir Nizaməddin, Elxan Həsənov, Molla Pənah Vaqif, Mirzə Ələkbər Sabir küçələrinin genişmiqyaslı abadlaşdırılması işlərinə başlanılıb.
“Qafqazinfo” xəbər verir ki, aparılan abadlıq işləri çərçivəsində tarixi abidələrin bərpası, evlərin fasadlarının təmiri, kanalizasiya xətlərinin çəkilişi, küçələrin işıqlandırılması, piyada səkilərinin salınması, dekorativ kol və güllərin əkilməsi nəzərdə tutulub.
Bildiririk ki, Suraxanı rayonunda genişmiqyaslı abadlıq-quruculuq işlərinin aparılması və rayonun hərtərəfli inkişafının daha da sürətləndirilməsi istiqamətində əsaslı layihələr davam etdirilir.






Son xəbərlər
Son Xəbərlər