Suraxanıda ev yandı

suraxanida-ev-yandi
Oxunma sayı: 992

Bakı şəhərinin Suraxanı rayonunda doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 63 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə yanıb.

“Qafqazinfo” xəbər verir ki, mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.