Suraxanıda evdə yanğın - 1 nəfər zəhərləndi

suraxanida-evde-yangin-
Oxunma sayı: 980

Paytaxtda yanğın hadisəsi baş verib.

QafqazinfoFövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda baş verib.

Rayonda vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağında ev əşyaları 10 kv.m sahədə yanıb. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 17:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.