Suraxanıda Gənclər Günü - Fotolar

suraxanida-gencler-gunu
Oxunma sayı: 2532

Fevralın 2-də Suraxanı rayonunda Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təqdim etdiyi “2 Fevral - Gənclər Günü”nə həsr olunmuş “Dəmir Əqidəli Gənc” adlı tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatları Afət Həsənova, Sevinc Fətəliyeva, Etibar Əliyev, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə heyətinin üzvü Hikmət Babaoğlu, YAP Gənclər Birliyinin sədr müavini Sevinc Qasımova, gənclər, şəhid ailələrinin nümayəndələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov rayon ictimaiyyəti adından Suraxanı rayon gənclərini “2 Fevral - Gənclər Günü” münasibəti ilə təbrik edərək bildirib ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Həyatı boyu, respublikaya rəhbərliyinin bütün dövrlərində ulu öndər Heydər Əliyev sağlam, normal gəncliyin, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsinə xidmət edirdi. Ulu öndərin ən böyük xidmətlərindən biri də o idi ki, gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edir/ Eyni siyasət bu gün Prezident cənab İlham Əliyev tərəfindən də həyata keçirilir.

Daha sonra Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatı və Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən fəallığı ilə seçilən bir qrup gənc Fəxri Fərman və Təşəkkürnamə ilə təltif olunublar.