Suraxanıda gənclərin deputatlarla görüşü keçirildi - Fotolar

suraxanida-genclerin-deputatlarla-gorusu-kecirildi
Oxunma sayı: 1195

Dekabrın 18-də Suraxanı Rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı “Müasir dünya çağırışları fövqündə Azərbaycan gənclərinin məqsədləri, hədəfləri, təklifləri və bu istiqamətdə qarşıya çıxan problemlər, onların həlli yolları” adlı panel diskussiya təşkil edib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatları Afət Həsənova, Sevinc Fətəliyeva, Etibar Əliyev, Ramin Məmmədov, Kamal Cəfərov, Naqif Həmzəyev, vətəndaş cəmiyyətinin, gənclər birliklərinin nümayəndələri və gənclər iştirak ediblər. 

Tədbir Dövlət Himninin səslənməsi ilə açıq elan olunduqdan sonra ulu öndər Heydər Əliyevin və Vətən müharibəsi şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla anılıb. Daha sonra “Müasir Gənclər və Dövlət Gənclər siyasəti” adlı videoçarx nümayiş olunub.

Mövzular ətrafında çıxışlardan sonra gənclərlə qarşılıqlı dialoq şəklində müzakirələr aparılıb, gəncləri maraqlandıran suallara cavablar verilib və onları narahat edən məsələlərə aydınlıq gətirilib.