Suraxanıda Heydər Əliyevin xatirəsi anıldı - Foto

suraxanida-heyder-eliyevin-xatiresi-anildi
Oxunma sayı: 1269

Suraxanı Rayonu Heydər Əliyev Mərkəzinin, Suraxanı Rayon İcra Hakimiyyətinin YAP Suraxanı Rayon Təşkilatının birgə təşkilatçılığı ilə ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilib.

“Qafqazinfo” xəbər verir ki, əvvəlcə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, rayondan Milli Məclisə seçilmiş deputatlar Ağacan Abıyev, Sevinc Fətəliyeva, 4 minə yaxın rayon ziyalısı və ictimaiyyətin nümayəndələri Heydər Əliyev parkında onun abidəsini ziyarət edərək Suraxanı Rayonu Heydər Əliyev Mərkəzində ulu öndərə həsr olunmuş sərgi ilə tanış olublar, elektron lektoriya zalında məktəblilərin hazırladığı ədəbi-kompozisiyaya baxıblar.

Rayon İcra Hakimiyyətinin Akt zalında keçirilən “Azərbaycanı davamlı tərəqqi və yüksəliş yoluna çıxaran Ümummilli Lider” adlı Anım tədbiri dövlət himni səsləndirilməsi ilə başlayıb. Bir dəqiqəlik sükutla Heydər Əliyevin xatirəsi yad edilib, “Xatirələr” filmi nümayiş olunub.

Anım mərasimində çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov qeyd edib ki, Heydər Əliyevin əbədiyyətə qovuşmasından 16 il keçir: “Ötən illər bir daha göstərdi ki, zaman keçib nəsillər dəyişsə də, Ümummilli Lider xalqın yaddaşından silinmir, bu gün də insanların qəlbində ən yüksək ehtiramla yad edilir. Böyük azərbaycanlı Heydər Əliyev yüksək zirvə, müqəddəs amal, tükənməz həyat mənbəyidir”.

Sonra Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram teatrının aktyorlarının ifasında Ulu Öndərə həsr olunmuş “Qurtuluş” tamaşası təqdim olunub.