Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 500 nəfərlik iftar süfrəsi açılıb.
“Qafqazinfo” xəbər verir ki, iftar süfrəsində Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon Ağsaqqallar şurasının və ictimai şuranın üzvləri, şəhid anaları və şəhid ataları, qazilər, rayonun idarə, müəssisə, təşkilatlarının nümayəndələri, din xadimləri və digər qonaqlar iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov insanlar arasında mənəvi paklığı tərənnüm etdirən müqəddəs Ramazan ayında bütün duaların qəbul olunmasını diləyərək rayon ictimaiyyətini qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edib. Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərimizin ruhunu anan RİH başçısı xalqımız tərəfindən milli-mənəvi dəyərlərimizə, tarixi ənənələrimizə və dini mərasimlərimizə xüsusi ehtiramla yanaşıldığını vurğulayaraq şəhidlərimizin ailələrinə, qazilərimizə, müharibə iştirakçılarına dövlət qayğısından da danışıb.






Son xəbərlər
Son Xəbərlər