Suraxanıda ikimərtəbəli binada yanğın olub - Sakinlər təxliyə edilib

suraxanida-ikimertebeli-binada-yangin-olub
Oxunma sayı: 1779

Bakı şəhərinin Suraxanı rayonunda ikimərtəbəli yaşayış binasında yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

Bildirilib ki, binanın 2-ci mərtəbəsində pilləkən qəfəsində quraşdırılan 8 ədəd elektrik sayğacı və 10 p.m elektrik kabeli yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 3 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.