Suraxanıda koronavirusa qarşı tədbirlər davam etdirilir - Fotolar

Suraxanıda koronavirusa qarşı tədbirlər davam etdirilir
Oxunma sayı: 1582

Koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində Suraxanı rayonunda əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi istiqamətində Nazirlər Kabinetində yaradılmış Operativ Qərargahın qərar və təlimatlarına uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.

Suraxanı RİH-dən "Qafqazinfo"ya bildirilib ki, noyabrın 21-də Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun və Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vüqar Qəhrəmanovun iştirakı ilə hüquq-mühafizə orqanlarının nümayəndələri, eləcə də xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi üçün əhali arasında maarifləndirmə işlərinin aparılması məqsədilə yaradılmış mobil qrup üzvləri tərəfindən rayon ərazisində növbəti dəfə reyd keçirilib.

Qeyd edək ki, hər gün rayonun bütün qəsəbələrində əhalinin sıx toplaşdığı məkanlarda xüsusi karantin rejiminin qaydalarına əməl edilməsinə nəzarət məqsədi ilə reydlər davam etdirilir. Sakinlərlə ictimai yerlərdə sosial məsafənin gözlənilməsi, tibbi maskalardan, dezinfeksiyaedici məhlullardan istifadənin, sanitar-gigiyena qaydalarına riayət etməyin vacibliyinə dair geniş təbliğat-izahat və maarifləndirmə işləri aparılır.

İctimai iaşə, ticari və digər obyektlərdə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə zidd, pozuntu hallarına yol vermiş obyekt sahibləri və ya cavabdeh şəxslər barədə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görülür.