Suraxanıda məhəllədaxili yollar asfaltlanır - Fotolar

suraxanida-mehelledaxili-yollar-asfaltlanir
Oxunma sayı: 1678

Suraxanı rayonunda vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə qəsəbələrarası və məhəllədaxili küçələrdə təmir-tikinti işləri həyata keçirilərək uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulması davam etdirilir.

“Qafqazinfo” xəbər verir ki, hazırda Əmircan qəsəbəsi, İ.Şükürov küçəsi, döngə 2 ünvanda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 3120 kv.m asfalt örtüyü salınır.

Qeyd edək ki, rayon ərazisində asfaltlanmasına ehtiyac olan küçələrdə bu işlər mərhələli şəkildə davam etdirilir.