Suraxanıda “Mercedes”lə vurulan piyada ölüb

suraxanida-mercedesle-vurulan-piyada-olub
Oxunma sayı: 1686

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, 1999-cu il təvəllüdlü Quliyev Fərid Niyazi oğlu “Mercedes” markalı avtomobillə piyadanı vurub.

Belə ki, avtomobil Suraxanı rayonu Əmircan qəsəbəsindən Dədə Qorqud qəsəbəsi istiqamətində hərəkətdə olarkən piyada 1967-ci il təvəllüdlü Asalayeva Amalya Nəcməddinovnanı vurub. Ağır xəsarətlər alan qadın Sabunçu Tibb Mərkəzinə çatdırılsa da, vəfat edib.

Faktla bağlı Suraxanı RPİ-də cinayət işi başlanıb, istintaq aparılır.