Suraxanıda Milli Qurtuluş Günü qeyd olundu

suraxanida-milli-qurtulus-gunu-qeyd-olundu
Oxunma sayı: 1179

Suraxanı rayonunda 15 İyun - Milli Qurtuluş Günü və 17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbirlər keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Suraxanı rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirlərdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov, millət vəkili və rayonun səhiyyə müəssisələrinin nümayəndələri iştirak ediblər.

Ə. Əzizov çıxışında ulu öndər Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışı ilə müstəqilliyimizin xilas edildiyini vurğulayıb:

“Bütün həyatı boyu öz xalqının xoşbəxtliyi və əmin-amanlığı naminə yorulmadan çalışan Heydər Əliyev özündən sonra dövlətçiliyimizin varisliyini ən uğurlu şəkildə təmin edərək onu daha genişmiqyaslı imkan, bacarıq və keyfiyyətlərə malik liderə – Prezident İlham Əliyevə etibar etdi”.