Suraxanı rayonu ərazisində sanitar təmizlik daim nəzarətdə saxlanılır, abadlıq-təmizlik aksiyaları davam etdirilir.
“Qafqazinfo” xəbər verir ki, ətraf mühitin qorunması və ekoloji vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə mövcud yaşıllıqlara mütəmadi qulluq göstərilir. Rayonun qəsəbələrində istirahət parklarında və yol kənarlarındakı mövcud yaşıllıqların qorunmasına, onlara qulluq edilməsinə xüsusi diqqət göstərilərək yaşıllıqların suvarılması, çəmənliklərin biçilməsi, yabanı otların təmizlənməsi, ağacların budanması işləri müntəzəm şəkildə həyata keçirilir. Yay günlərində havanın kəskin isti keçməsi ilə əlaqədar qazon, gül və bəzək kolları, ağaclar mütəmadi suvarılır.
Rayonun bütün qəsəbələrində təşkil olunan iməciliklərdə ağacların qurumuş budaqları budanır, ətraf ərazi yabanı və quru alaq otlardan təmizlənir, eləcə də ətraf mühit və insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət, polietilen tullantılar yığışdırılır. Toplanan iriqabaritli məişət tullantıları xüsusi nəqliyyat vasitələri ilə ərazidən daşınır.




Son xəbərlər
Son Xəbərlər