Suraxanı rayonunda növbəti dəfə bəşəriyyətin bəlası olan narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici tədbir A.Aqarunov adına 154 saylı tam orta məktəbdə təşkil olunub.
“Qafqazinfo” xəbər verir ki, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirib ki, bu gün ölkəmizin bütün sahələr üzrə qazandığı uğurlar ulu öndər, ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qaydışından sonra qoyulan möhkəm təmələ əsaslanır. Ölkə başçımız İlham Əliyevin həyata keçirdiyi islahatlar, Birinci vitse-prezident Mehriban Əliyevanın apardığı inkişaf strategiyası bir daha sübut edir ki, dövlətin yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır.
Əziz Əzizov bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniyanın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaratdığını bir daha şagirdlərin diqqətinə çatdıraraq dövlətimiz tərəfindən narkomaniyaya qarşı mübarizə sahəsində görülən işlər haqqında məlumat verib.
Daha sonra məktəbin şagirdlərinin təqdimatında narkotik vasitələrdən istifadə və onun yaratdığı fəsadlardan bəhs edən səhnəcik nümayiş olunub.






Son xəbərlər
Son Xəbərlər