Suraxanıda “Narkomaniyaya YOX deyək” mövzusunda növbəti tədbir - Fotolar

suraxanida-narkomaniyaya-yox-deyek-movzusunda-novbeti-tedbir
Oxunma sayı: 3575

Suraxanı rayonunda növbəti dəfə 327 saylı tam orta məktəbdə “Narkomaniyaya YOX deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Rayon Prokuroru Rəşid Mahmudov, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, RİHBA-nın və hüquq-mühafizə orqanlarının əməkdaşları, məktəbin şagird və müəllim kollektivi iştirak ediblər.

Tədbir iştirakçıları məktəblilərin hazırladıqları əl işlərindən ibarət sərgi ilə tanış olduqdan sonra məktəbin direktoru Səadət Məmmədova mövzu ətrafında çıxış edərək narkomaniyanın sağlam həyat tərzi üçün yaratdığı təhlükə ilə bağlı məlumat vermişdir. Daha sonra şagirdlərin ifasında narkotik vasitələrindən istifadə və onun yaratdığı fəsadlardan bəhs edən tamaşa göstərilmiş, maarifləndirici video-çarxlar nümayiş olunub.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov müasir dövrümüzdə insanlıq üçün böyük bəlaya çevrilən narkomaniya ilə mübarizənin vacibliyindən, yeniyetmə və gənclər arasında narkomaniyanın qarşısının alınması istiqamətində daim ictimai nəzarətin zəruriliyindən bəhs edib, həmçinin narkomaniyanın gətirdiyi bəlalar, onun istifadəçilərinin qarşılaşdığı faciələr barədə ətraflı məlumat verib.