Suraxanıda növbəti küçə asfaltlandı - Fotolar

suraxanida-novbeti-kuce-asfaltlandi
Oxunma sayı: 2227

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Hövsan qəsəbəsi, Oqtay Şabanov və Rasim Şahsuvarov küçələrinin kəsişməsində, “Azərişıq” ASC-yə məxsus elektrik yarımstansiyasının yaxınlığında ümumi sahəsi 3 600 kv.m olan yolda asfalt örtüyü salınır.

“Qafqazinfo” xəbər verir ki, işlər “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilir. 

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov yerində baxış zamanı sakinlərlə görüşüb və görülən işlərin mövcud vəziyyəti ilə maraqlanıb.