Suraxanı rayonunda vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə qəsəbələrarası və məhəllədaxili küçələrdə təmir-tikinti işləri həyata keçirilərək uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulması davam etdirilir.
"Qafqazinfo" xəbər verir ki, bu məqsədlə hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Əmircan qəsəbəsində uzunluğu 1050 metr olan küçədə 5775 kv.m asfalt örtüyünün vurulması işləri aparılır.
Qeyd edək ki, rayon ərazisində asfaltlanmasına ehtiyac olan küçələrdə bu işlər mərhələli şəkildə davam etdiriləcək.





Son xəbərlər
Son Xəbərlər