Suraxanıda növbəti küçə asfaltlandı

suraxanida-novbeti-kuce-asfaltlandi
Oxunma sayı: 1925

Suraxanı rayonunda aparılan abadlıq-quruculuq işləri çərçivəsində gediş-gəlişdə çətinliklərə səbəb olan yol problemləri mərhələli şəkildə həll edilərək küçə və yaşayış sahələrinin asfaltlanması işləri davam etdirilir.

“Qafqazinfo” xəbər verir ki, hazırda rayonun Bülbülə qəsəbəsində yol infrastrukturu baxımından işlək küçələrindən hesab olunan S.Bəhlulzadə küçəsində 9-cu döngədə 6000 kv.m asfalt örtüyünün salınması işləri aparılır.

Qeyd edək ki, rayon ərazisində asfaltlanmasına ehtiyac olan küçələrdə bu işlər mərhələli şəkildə davam etdirilir.