Suraxanıda da abadlıq quruculuq işləri davam etdirilir.
“Qafqazinfo” xəbər verir ki, rayonun küçə və qəsəbədaxili məhəllələri təmir edilir və asfatlanır, bardürlər düzülür, yolların kənarlarına həmişəyaşıl kollar əkilir, sakinlərin asudə vaxtlarının xoş keçirmələri üçün yeni parklar salınır, çoxmənzilli yaşayış binalarının həyətləri abadlaşdırılır.
Hazırda Suraxanı rayonunda növbəti təmir işi Əmircan qəsəbəsində Atamoğlan Rzayev küçəsində aparılır. Sözügedən küçədə 2000 kv.m asfalt örtüyü salınır.
Qeyd edək ki, rayonun digər qəsəbələrində də yol infrastrukturunun yenidən qurulması işləri aparılır, təmirə ehtiyacı olan küçələrdə və məhəllədaxili yollarda asfaltlanma işləri mərhələli şəkildə davam etdirilir.






Son xəbərlər
Son Xəbərlər