Suraxanıda növbəti küçə asfaltlanır - Fotolar

suraxanida-novbeti-kuce-asfaltlanir
Oxunma sayı: 1750

Suraxanı rayonu ərazisində abadlıq-quruculuq işləri mərhələli şəkildə həyata keçirilir.

“Qafqazinfo” xəbər verir ki, vətəndaşların rahat və maneəsiz gediş-gəlişini təmin etmək məqsədilə hazırda Yeni Suraxanı qəsəbəsi, Göl küçəsində 1150 kv/m asfalt örtüyü salınır.

Qeyd edək ki, rayonun digər qəsəbələrində də yol infrastrukturunun yenidən qurulması işləri aparılır, təmirə ehtiyacı olan küçələrdə və məhəllədaxili yollarda asfaltlanma işləri mərhələli şəkildə davam etdirilir.