Suraxanıda növbəti küçə asfaltlanır - Fotolar

Suraxanıda növbəti küçə asfaltlanır
Oxunma sayı: 967

Suraxanı rayonu Qaraçuxur qəsəbəsində nəqliyyatın maneəsiz hərəkətinin tənzimlənməsi, əhalinin rahat gediş-gəlişinin təmin edilməsi məqsədilə “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən uzunluğu 700 m, eni 10 m olan Zaur Şərifov küçəsində 7000 kv.m asfalt örtüyü salınır.

“Qafqazinfo” xəbər verir ki, eyni zamanda piyadalar üçün əlverişli hərəkət şəraitinin yaradılması məqsədilə yol kənarında 1200 m uzunluğunda bardür düzülərək səkilər yenidən qurulmuş və 1750 m uzunluğunda asfalt örtüyü salınıb.

Qeyd edək ki, rayon ərazisində asfaltlanmasına ehtiyac olan küçələrdə bu işlər mərhələli şəkildə aparılır.