Suraxanıda növbəti küçələr asfaltlanır - Fotolar

suraxanida-novbeti-kuceler-asfaltlanir
Oxunma sayı: 2066

Suraxanı rayonunda abadlıq-quruculuq işləri geniş miqyas alaraq qəsəbələrdə asfalt örtüyü olmayan küçələrdə, həmçinin uzun müddət əsaslı şəkildə təmir olunmayan yollarda asfaltlanma işləri davam etdirilir.

“Qafqazinfo” xəbər verir ki, sürətlə abadlaşan Əmircan qəsəbəsində də genişmiqyaslı abadlıq-quruculuq layihəsi çərçivəsində asfaltlama işləri aparılır.

Qeyd edək ki, hazırda Tahir Bağırov və Xanoğlan Bayramov küçələrində 6120 kv.m asfalt örtüyü vurulur.

Həmçinin, rayon ərazisində asfaltlanmasına ehtiyac olan digər küçələrdə də bu işlər mərhələli şəkildə aparılır.