Suraxanı rayonunda abadlıq-quruculuq sahəsində böyük vüsətlə aparılan kompleks tədbirlər davam etdirilir. Rayonda qəsəbələrarası yolların və məhəllədaxili küçələrin əsaslı şəkildə təmiri, içməli su və kanalizasiya şəbəkələrinin yenidən qurulması həyata keçirilən sosial-iqtisadi siyasətin əsas istiqamətlərindəndir və sakinlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına yönəlib.
“Qafqazinfo” xəbər verir ki, Əmircan qəsəbəsində Nurəli Abdullayev və Bülbülə qəsəbəsində Nizami küçələrində su və kanalizasiya şəbəkələri qurulduqdan sonra Suraxanı Rayon İcra Hakimiyyətinin müraciəti əsasında Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həmin küçələrdə 5000 kv.m ərazidə asfalt örtüyünün salınması işlərinə başlanılıb və hazırda bu istiqamətdə işlər davam etdirilir. Qeyd edək ki, sözügedən küçələrin işıqlandırılması üçün işıq dirəkləri də quraşdırılıb.
Rayonun digər qəsəbələrində də infrastrukturun yenidən qurulması işləri mərhələli şəkildə aparılır.





Son xəbərlər
Son Xəbərlər