Suraxanıda növbəti parkda yenidənqurma işlərinə başlanıldı - Fotolar

suraxanida-novbeti-parkda-yenidenqurma-islerine-baslanildi
Oxunma sayı: 1205

Bakı şəhərində parkların və xiyabanların əsaslı şəkildə yenidən qurulması və yeni parkların salınması, sakinlərin rahatlığı üçün abad məhəllələrin yaradılması istiqamətində son illər ardıcıl tədbirlər davamlı olaraq aparılır. “Qafqazinfo” xəbər verir ki, paytaxtın Suraxanı rayonunda da abadlaşdırma işləri sürətlə davam edir.

Rayonun qəsəbələrində yolların əsaslı yenidən qurulması, su və kanalizasiya xətlərinin çəkilişi, küçələrdə aparılan təmizlik işləri, parkların abadlaşdırılması və yenidən qurulması sakinlərin təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasına xidmət edir.

Əmircan qəsəbəsi, Elxan Həsənov küçəsində yerləşən və uzun müddət baxımsız qalan parkda da əsaslı təmir işlərinə başlanılıb. Hazırda sözügedən parkın ərazisi təmizlənərək piyada zolaqları salınır. Abadlaşdırılan parkda ağacların əkilməsi, yaşıllıq zolağının salınması, suvarılma sisteminin, işıqlandırma dirəklərinin, söhbətgah və oturacaqların qurulması nəzərdə tutulub.

Qeyd edək ki, sakinlərin asudə vaxtını və istirahətini səmərəli təşkil etmək üçün parkda hərtərəfli şərait yaradılır.