Suraxanıda Ordu Günü qeyd olundu - Fotolar

suraxanida-ordu-gunu-qeyd-olundu
Oxunma sayı: 2437

İyunun 25-də Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 26 iyun - Silahlı Qüvvələri günü münasibətilə “Azərbaycan ordusu Heydər Əliyev zəkasının işığında” adlı təntənəli tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər, RİHB-nin müavinləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri və nümayəndələri iştirak ediblər.

RİH başçısı Əziz Əzizov çıxış edərək bildirib ki, hər bir dövlətin müstəqilliyinin, suverenliyinin əsas atributlarından biri də onun silahlı qüvvələridir. Azərbaycan ordusunun 1918-ci ildən başlayan keşməkeşli və şərəfli inkişaf yolu hərb tariximizin möhtəşəm səlnaməsidir. Sevindirici haldır ki, zamanın sınağından alnıaçıq, üzüağ çıxan silahlı qüvvələrimiz istənilən hücumdan qorumağa qadir bir qüvvə kimi günümüzün danılmaz reallığına çevrilib.

Daha sonra Abdulla Qurbaninin ssenarisi ilə Bələdiyyə teatrının aktyorlarının və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin instrumental ansamblının və ifaçılarının, eləcə də Hərbi Hava Qüvvələrinin Şəxsi Heyyət İdarəsinin orkestrının təqdimatında hazırlanan təntənəli bayram tədbiri nümayiş olunub.

Sonda bir qrup hərbiçi Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif olunub.