Suraxanıda Polis Günü qeyd olundu - Fotolar

suraxanida-polis-gunu-qeyd-olundu
Oxunma sayı: 5500

Suraxanı rayonunda 2 İyul – Azərbaycan Polisi Günü münasibətilə tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB-nin müavinləri və polis əməkdaşları iştirak ediblər.

İlk öncə tədbir iştirakçıları ulu öndərin Əmircan qəsəbəsində yerləşən Heydər Əliyev parkında abidəsini ziyarət ediblər. Daha sonra Rayon Polis İdarəsində baş tutan tədbirdə  Azərbaycanda Polis Günü ilə bağlı videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan Rayon Polis İdarəsinin rəisi Şəhriyar Şəmşirli tədbir iştirakçılarını salamlayaraq şəxsi heyəti peşə bayramı günü münasibətilə təbrik edib.

İcra başçısı Əziz Əzizov çıxış edərək polis əməkdaşlarını peşə bayramı günü münasibətilə təbrik edib, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə doğma Vətənin daimi tərəqqisi, daha da qüdrətlənməsi naminə xalqa şərəfli xidmətlərində onlara yeni-yeni uğurlar arzulayıb.

Sonra bir qrup polis əməkdaşı Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunub.