Suraxanıda qanunsuz donuz ferması- - Sakinlər şikayətçidir...

suraxanida-qanunsuz-donuz-fermasi-
Oxunma sayı: 6747


“Sözügedən fermada 600-700 başdan çox donuz var. Evimizdən 1 metr aralı məsafədə qurulan fermanın üfunət iyindən qapı-pəncərəni açmaq olmur. Səhiyyə Nazirliyinə də şikayət etmişik. Onlar qeyd edib ki, ferma ilə yaşayış evləri arasında ən azı 500 metr məsafə olmalıdır. Bizdə isə bu məsafə ən uzağı 50 metrdir. Səhiyyə Nazirliyi fermanın bağlanılması haqda qərar verib. Ancaq qərarın yerinə yetirilməsi uzadılır, 3 ilə yaxındır ki, vəziyyət eyni olaraq qalır”. 

Sakinlərin sözlərinə görə ərazidə nəinki normal yaşamaq, hətta nəfəs almaq belə mümkünsüz hala gəlib: “Təsəvvür edin ki, ferma sahibi Həşim Əkbərov özü həkimdir. Tibb univerisetinin müəllimi, elmlər namizədi olan bu insan hələ bilmir ki, ölmüş donuz cəsədlərini insan yaşayan ərazilərə atmaq olmaz. O, həyətyanı sahəsində böyük bir ferma tikib. Təbii olaraq burada yaşamır. Bura bir neçə insan qoyub, onlar da iyrənmir. Bu ərazidə yaşayan ailələrin uşaqları küçəyə çıxa, oyun oynaya bilmir, çünki üfunətdən dayanmaq mümkün deyil. Hamı bu yay günündə qapı-pəncərəsini bağlayıb evdə oturur. Hara müraciət ediriksə, bir fayda yoxdur. H. Əkbərov da deyir ki, mənim pulum var, işin içindən çıxacam”. 

Dəfələrlə aidiyyatı qurumlara müraciət edən sakinlər artıq məsələnin tez bir zamanda həll edilməsini tələb edirlər.

Günel Hacı