Suraxanıda qanvermə aksiyası keçirildi

suraxanida-qanverme-aksiyasi-kecirildi
Oxunma sayı: 1427

Bu gün Suraxanı Rayon İcra Hakimiyyətinin və Milli Hematologiya və Transfuziologiya Mərkəzinin birgə təşəbbüsü ilə RİH-in inzibati binasında növbəti dəfə könüllü qanvermə aksiyası təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, 300-ə yaxın rayon ictimaiyyətinin cəlb olunduğu qanvermə aksiyasında 100-dən artıq vətəndaşdan qan götürülüb.

Məqsəd hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən uşaqlara yardım etmək və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaqdır.

Qeyd edək ki, Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları hər bir donordan qan analizi götürərək onların sağlamlığını öncədən müəyyənləşdirib.

Səhhəti imkan verən hər bir vətəndaşımızı birlik və həmrəylik nümayiş etdirərək, bu nəcib və humanist xarakterli aksiyaya qoşulmağa və qanverməyə dəvət edir, qan verərək həyat qurtaran hər kəsə minnətdarlığımızı bildiririk.