Suraxanıda sakinlərə pulsuz tibbi maskalar paylandı - Fotolar

suraxanida-sakinlere-pulsuz-tibbi-maskalar-paylandi
Oxunma sayı: 1401

Koronavirus (COVID-19) pandemiyasına qarşı aparılan genişmiqyaslı mübarizə tədbirlərinə dəstək verilməsi və sosial həmrəylik nümayiş etdirilməsi məqsədilə "Bir-birimizi qoruyaq!" kampaniyası çərçivəsində Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin könüllülərinin iştirakı ilə növbəti dəfə Suraxanı rayonu ərazisindəki parklarda, vətəndaşların kütləvi toplaşdığı yerlərdə sakinlərə pulsuz tibbi qoruyucu maskalar paylanıb.

"Qafqazinfo" xəbər verir ki, həmçinin, könüllülər pandemiya dövründəki davranış qaydaları barədə ictimai maarifləndirmə işləri apararaq sakinlərə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarına əsasən 18 may 2020-ci il tarixindən etibarən məhdudiyyətlərin yumşaldılmasına baxmayaraq şəxsi gigiyena qaydalarına əməl etmələrini, özünütəcrid tədbirlərinə uyğun davranmalarını, insanlarla təmas zamanı iki metrlik ara məsafəsini saxlamalarını tövsiyə ediblər.