Suraxanıda şəhid ailələri ziyarət olundu - Fotolar

suraxanida-sehid-aileleri-ziyaret-olundu
Oxunma sayı: 1068

Suraxanı rayonunda şəhid ailələri mütəmadi ziyarət olunaraq diqqətdə saxlanılır.

Suraxanı Rayon İcra Hakimiyyətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Vətən müharibəsinin şəhidləri: kapitan İsmayılov Elçin Mübariz oğlu və Süleymanov Rauf Allahverdi oğlu doğum günlərində ehtiramla yad ediliblər.

Suraxanı RİH başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, şəhid ataları onların ailələrinə baş çəkiblər.

Əziz Əzizov ailələrin qayğıları ilə maraqlanıb və bildirib ki, şəhidlik adı ölüm deyil, vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Vətən oğullarımızın mərdliyi və mətinliyi 44 günlük müharibədə özünü daha bariz şəkildə göstərdi.

RİH başçısı qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazandığımız tarixi qələbə sayəsində vaxtilə işğal altında olan, düşmən tərəfindən viran edilən torpaqlarımızda bu gün həyat yenidən canlanır, həmin ərazilərə öz yurd-yuvasından didərgin düşmüş məcburi köçkünlərimizin qayıtması üçün hərtərəfli şərait yaradılır.