Suraxanıda şəhid ailəsi yaşayan növbəti küçə asfaltlanır - Fotolar

suraxanida-sehid-ailesi-yasayan-novbeti-kuce-asfaltlanir
Oxunma sayı: 1677

Torpaqlarımızın düşmən tapdağından azad olunmasında şücaət göstərərək şəhidlik zirvəsinə ucalan Orucov Elmir Elyar oğlunun ailə üzvlərinin yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi, Südçülük sovxozu adlandırılan yaşayış sahəsində asfaltlama işləri aparılır.

Rayon İcra Hakimiyyətinin müraciəti əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hazırda ümumi sahəsi 7000 kv.m olan küçədə asfalt örtüyü salınır. 

Qeyd edək, rayon ərazisində şəhid ailələrinin yaşadıqları ünvanların hər birində təmirsiz olan yolların asfaltlanması işləri həyata keçirilir.