Suraxanıda şəhid ailəsinin yaşadığı küçə asfaltlandı - Fotolar

suraxanida-sehid-ailesinin-yasadigi-kuce-asfaltlandi
Oxunma sayı: 1340

Suraxanıda Vətən müharibəsinin şəhidi Rüfət Əsgərovun ailə üzvlərinin yaşadığı Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, S.Cəfərov küçəsindəki yol asfaltlanıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən uzunluğu 550 metr olan yolda 3200 kv.m asfalt örtüyü salınıb.

Qeyd edək ki, rayon ərazisində asfaltlanmasına ehtiyac olan küçələrdə bu işlər mərhələli şəkildə davam etdirilir.