Suraxanıda şəhidin 40 mərasimi keçirildi - Fotolar

suraxanida-sehidin-40-merasimi-kecirildi
Oxunma sayı: 2435

Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid əsgər Məmmədli Davud Fuad oğlunun 40 mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, ilk öncə rayon rəhbərliyinin iştirakı ilə şəhidin məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək ruhuna dualar oxunub.

Daha sonra açılan ehsan süfrəsində onun əziz xatirəsi ehtiramla yad edilib.

RİH başçısı Əziz Əzizov şəhidimiz Davud Məmmədlinin doğmalarına dərin hüznlə bir daha başsağlığı verərək Allahdan rəhmət diləyib. O, bildirib ki, şəhidlər bizim qürur yerimiz, fəxrimizdir. Xalqımız heç zaman vətən naminə canını qurban vermiş şəhid övladlarını unutmayacaq, onları əbədi xatirə kimi qəlbində yaşadacaq.

Qeyd edək ki, Davud Məmmədli mayın 24-də Daşkəsən rayonundakı N saylı hərbi hissədə ildırım vurması nəticəsində həyatını itirmişdi.