Suraxanıda Vətən müharibəsi şəhidi Qəhrəmanov Orxan Sərvər oğlu doğum günündə anılıb. “Qafqazinfo” xəbər verir ki, şəhidin doğum günü münasibətilə ehsan süfrəsi açılıb, məzarı ziyarət olunub, həmçinin təhsil aldığı N.Rəfiyev adına 104 saylı tam orta məktəbdə əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, idarə və müəssisə rəhbərləri, şəhid anaları və qazilər iştirak ediblər.
RİH başçısı Əziz Əzizov çıxış edərək bildirib ki, Ali Baş Komandan İlham Əliyevin dönməz iradəsi, düşünülmüş rəhbərliyi, ordumuzun məğlubedilməzliyi, hünəri və qətiyyəti sayəsində torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan Şəhidlərimizin qanı yerdə qalmadı: “Bu gün şəhidlərimizin ruhu şaddır. Məhz belə vətənpərvər gənclərimizin canı-qanı bahasına bu gün Qarabağımız azaddır. Azərbaycan gəncliyi və gələcək nəsillər belə qəhrəman oğullarımızı daim fəxr və qürurla anacaq”.
Həmçinin, Şəhid Orxan Qəhrəmanovun təhsil aldığı N.Rəfiyev adına 104 saylı tam orta məktəbdə şagirdlərin təqdimatında şerlər səsləndirilmiş, şəhidin həyat və döyüş yolunu canlandıran səhnəcik nümayiş olunub.






Son xəbərlər
Son Xəbərlər