Suraxanıda şəhidin xatirəsinə abidə kompleksi inşa edildi - Fotolar

suraxanida-sehidin-xatiresine-abide-kompleksi-insa-edildi
Oxunma sayı: 1142

Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli "V" yaşayış sahəsində Vətən müharibəsi şəhidi Kazımlı Mürsəl Kamil oğlunun adının əbədiləşdirilməsi məqsədilə Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən inşa edilmiş abidə kompleksinin açılış mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Şəhid ailələri və digər qonaqlar iştirak ediblər.

Dövlət himninin səsləndirilməsi və şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək 30 illik işğal altında olan torpaqlarımızın Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuz tərəfindən 44 gündə azad edilməsinin tarixi əhəmiyyətindən, igid vətən oğullarımızın qəhrəmanlıqlarından danışaraq bildirib ki, dövlət başçımız İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın birbaşa diqqəti və qayğısı sayəsində dövlətimiz tərəfindən hər bir şəhidin Vətən naminə xidmətləri yüksək qiymətləndirilir, xatirələri əbədiləşdirilir.

Daha sonra rayon rəhbərliyinin və Şəhidin ailə üzvlərinin iştirakı ilə abidə kompleksinin açılışı keçirilib, eyni zamanda şəhidin məzun olduğu P.İsmayılov adına 278 saylı tam orta məktəbin şagird kollektivinin və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Suraxanı bazasının şagirdlərinin təqdimatında şeirlər səsləndirilib.