Suraxanıda şəhidin xatirəsinə bulaq–abidə kompleksi inşa edildi - Fotolar

suraxanida-sehidin-xatiresine-bulaqabide-kompleksi-insa-edildi
Oxunma sayı: 1410

Yanvarın 28-də Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli “D” yaşayış sahəsində Vətən müharibəsi şəhidi Məmmədov Mahir Ağasəlim oğlunun adının əbədiləşdirilməsi məqsədilə ilə inşa edilmiş bulaq-abidə kompleksinin açılışı olub.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatları Sevinc Fətəliyeva, Etibar Əliyev, şəhid ailələri və qazilər iştirak edib.

Bulaq-abidə kompleksinin açılış mərasimində RİH başçısı Əziz Əzizov çıxış edərək bildirib ki, Ali Baş Komandan İlham Əliyevin dönməz iradəsi, düşünülmüş rəhbərliyi, ordumuzun məğlubedilməzliyi, hünəri və qətiyyəti sayəsində torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin qanı yerdə qalmadı: “Bu gün şəhidlərimizin ruhu şaddır. Məhz belə vətənpərvər gənclərimizin canı-qanı bahasına bu gün Qarabağımız azaddır”.

2016-cı ilin Aprel döyüşlərində də düşmənə qarşı döyüşən Mahir Məmmədov Vətən müharibəsi başlayan ilk gündən döyüşlərə qoşulub və düşmənin hərbi obyektlərinin məhv edilməsi zamanı fəallıq göstərib.

Qeyd edək ki, Məmmədov Mahir Ağasəlim oğlu ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib.